Xəbərlər
Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedraya təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli cənab Prezident,
Nikaraqua Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Nikaraqua arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıram".