YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı paylaşım edib.

Paylaşımı təqdim edirik:

“Ura! Növbəti qələbəmiz! Dördqat dünya çempionu Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!”.

DİGƏR Xəbərlər Arxiv