YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

Dost və qardaş ölkə Azərbaycanın bütün ərazisində baş tutan parlament seçkilərinin sülh və güvən içərisində tamamlanmasından böyük məmnunluq duyuruq.

Azərbaycan xalqının iradəsini ortaya qoyan seçkinin nəticələri əsasında formalaşacaq yeni Milli Məclisin “bir millət - iki dövlət” anlayışı ilə ortaq hədəflərə doğru birlikdə yol aldığımız dost və qardaş Azərbaycan xalqı, qardaş Azərbaycan dövləti, Yeni Azərbaycan Partiyası və Türk dünyası üçün xeyirli olmasını diləyirik.

Seçilən millət vəkillərini səmimi-qəlbdən təbrik edir, böyük uğurlar arzulayırıq.

 

Zafer Sırakaya

Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin

xarici əlaqələr üzrə müavini,

Türkiyə Böyük Millət Məclisinin üzvü