Xəbərlər
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına
Qardaş ölkəmiz Azərbaycanda sentyabrın 1-də keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının Milli Məclisdə 125 deputat mandatından 68-ni qazanması bizim hədsiz sevincimizə səbəb olmuşdur.
Dünyada və özəlliklə Türk dünyasında haqq etdiyi yerini tutmuş qardaş ölkə Azərbaycanın qardaş Yeni Azərbaycan Partiyasının əldə etdiyi bu böyük uğurun baş memarı möhtərəm Prezidentimiz cənab İlham Əliyevi və sizləri təbrik edirik. Xalqın etimadını qazanmış hər iki partiyamız bu məsuliyyətlə parlaq gələcək üçün var gücü ilə çalışacaqdır.
Makedoniya türklərinin siyasətdəki ən güclü siyasi təmsilçisi olan Şimali Makedoniya Türk Demokratik Partiyası adından Makedoniya türklərinin salamını çatdıraraq ən dərin hörmət və sevgimizi ifadə edirik.
Türk Demokratik Partiyasının sədri, millət vəkili Dr. Beycan İLYAS