YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

Sizi və Yeni Azərbaycan Partiyasını Azərbaycan Respublikası Milli Məclisində təmsil edən deputatları parlament seçkilərində qazanılmış inamlı qələbə münasibətilə Belarusun “Belaya Rus” partiyası adından təbrik edirəm.

Parlamentdə mütləq çoxluq Azərbaycan vətəndaşlarının etimadının göstəricisi olmaqla yanaşı, partiyanın insanlar üçün əhəmiyyətli layihə və təşəbbüslərin həyata keçirilməsi istiqamətində uzunmüddətli səmərəli fəaliyyətinin məntiqi nəticəsidir.

Əminəm ki, seçilmiş deputatlar ölkənin iqtisadi potensialının daha da inkişaf etdirilməsi, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklər.

Milli Məclisin yeni tərkibinə tükənməz enerji, sadiq tərəfdaşlar və Azərbaycan Respublikasının mənafeyi naminə uğurların əldə edilməsi üçün düzgün, düşünülmüş qərarların qəbul edilməsini arzulayıram.

“Belaya Rus” partiyası Yeni Azərbaycan Partiyası ilə ikitərəfli əlaqələrin inkişafına səmimi maraq göstərir və müxtəlif məsələlər üzrə qarşılıqlı fəaliyyətə hazırdır.

Partiyalararası əməkdaşlıq perspektivlərinin müzakirəsi və sazişin imzalanması üçün Belarus və yaxud Azərbaycan Respublikası ərazisində görüşmək imkanının nəzərdən keçirilməsini təklif edirik.

“Belaya Rus” partiyası partiya diplomatiyası xətti ilə dost dövlətlərin siyasi partiyaları ilə beynəlxalq əlaqələri genişləndirməyə hazırdır.

Məhsuldar birgə fəaliyyətə ümid edirik.

 

Hörmətlə,

“Belaya Rus” partiyasının sədri Oleq Romanov