YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnsanların sərbəst səs verdiyinin şahidi olduq

Seçki məntəqələrində insanlar çox rahat şəkildə səs verə bilirdilər.

Bunu sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Pakistan Senatının üzvü Afnan Ullah Khan səsləndirib.

Azərbaycan Milli Məclisinin dəvəti ilə seçkiləri müşahidə etmək üçün Bakıya gəldiklərini deyən Afnan Ullah Khan bildirib: “Nümayəndə heyətimiz yeddi nəfərdən ibarətdir. Biz üç seçki məntəqəsində müşahidə apardıq. Biz prosesi sonadək təhlil etdik. İnsanların sərbəst səs verdiyinin şahidi olduq. Hesab edirik ki, seçki yaxşı təşkil olunub”.

Demokratiyanın hər bir ölkənin inkişafı üçün vacib proses olduğunu söyləyən Pakistan Senatının üzvü Azərbaycana uğurlar arzulayıb. “Ümid edirik ki, Azərbaycan və Pakistan əməkdaşlığı davamlı olacaq”, - deyə o əlavə edib.