Xəbərlər
YAP Pirallahı rayon təşkilatının nümayəndələri Quba rayonunda olublar
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının əməkdaşları və fəalları Quba rayonuna səfər ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib.
Daha sonra heyət Quba Soyqırımı Memorial Kompleksinə baş çəkib, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsini anıb. Abidə önünə güllər düzülüb, anım mərasimi keçirilib.
İştirakçılar kompleksin nəzdində fəaliyyət göstərən muzeydə eksponatlarla tanış olub, soyqırımının tarixi və onun ağır nəticələri barədə ətraflı məlumat əldə ediblər.
