Xəbərlər
Türkiyə XİN: Parlament seçkilərinin bütün Azərbaycanda keçirilməsi tarixi əhəmiyyət kəsb edir
Sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərin qardaş Azərbaycan üçün xeyirlərə vəsilə olmasını diləyirik.
Bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin Azərbaycanda keçirilən Milli Məclisə seçkilərlə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Parlament seçkilərinin bütün Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş torpaqlarda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının iradəsini ortaya qoyan bu seçkilərin Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcəyinə inanırıq”.