YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-da Azərbaycanın strateji önəmini və sürətli inkişafını qeyd edən qətnamə qəbul olunub

ABŞ-ın 50 ştatının qanunvericilərini özündə birləşdirən Amerika Qanunvericilik Mübadiləsi Şurası (American Legislative Exchange Council – ALEC) Azərbaycanın strateji önəmini və sürətli inkişafını qeyd edən geniş qətnamə qəbul edib.

Qətnamə layihəsi ilk dəfə bu il iyulun 23-də ALEC-in Kaliforniyanın San-Dieqo şəhərində keçirilən illik yığıncağında müzakirəyə çıxarılıb. Həmin tədbirə dəvət olunan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ALEC-in beynəlxalq əlaqələr komitəsinin qanunverici üzvləri qarşısında Azərbaycana dair geniş təqdimatla çıxış edib. Təqdimatdan sonra qətnamə layihəsi səsə qoyularaq yekdilliklə qəbul edilib. Sentyabrın 4-də ALEC-in İdarə Heyətinin üzvləri sözügedən qətnaməni təsdiq etdikdən sonra qətnamə qüvvəyə minib. ALEC qətnaməni bütün üzvlərinə göndərərək müvafiq ştat qanunvericilik orqanlarında bu qətnamənin qəbulunu tövsiyə edib.

Qətnamədə Azərbaycanın coğrafi-siyasi önəmi vurğulanaraq ABŞ hökumətinin ölkəmizlə strateji əməkdaşlıq münasibətlərini gücləndirməsinin və dərinləşdirməsinin zəruri olduğu qeyd edilir. Vurğulanır ki, ABŞ Azərbaycan kimi müttəfiqlərini dəstəkləməlidir.

Qətnamənin ən böyük maraq kəsb edən hissəsi isə Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Sənəddə vurğulanır ki, ABŞ və BMT Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıyır və dəstəkləyir.

Həmçinin bildirilir ki, 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi, demokratik respublika təsis edən Azərbaycan ABŞ da daxil olmaqla bir çox ölkəni qabaqlayaraq tarixə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biri kimi düşüb. Yerləşdiyi regionda Azərbaycanın ən böyük iqtisadiyyata malik olduğu vurğulanaraq ölkəmizin dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən biri və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir. Qeyd edilir ki, öz geniş neft-qaz resursları ilə Azərbaycan ABŞ-ın, Avropanın və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir. Habelə sənəddə 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın ABŞ-a güclü dəstək verdiyi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə Birləşmiş Ştatlar ilə yaxından əməkdaşlıq etdiyi bildirilərək, Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinin təchizatının 40 faizinin çatdırılması üçün şərait yaratdığı bildirilir. Həmçinin sənəddə Azərbaycanın qədim tolerantlıq ənənələri təqdir edilir.

Qeyd edək ki, ABŞ-ın siyasi həyatında yüksək nüfuzu ilə seçilən ALEC-in sözügedən illik yığıncağında ABŞ prezidentliyinə bir sıra namizədlər çıxış edərək öz seçki platformalarını təqdim ediblər.

1973-cü ildə yaradılmış ALEC ABŞ ştat qanunvericilərinin ən böyük təşkilatıdır.

 

DİGƏR Xəbərlər Arxiv