YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz tarix yazdıq

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Avqustun 22-23 tarixlərində cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri, səfər çərçivəsində Prezidentlərin keçirdiyi müxtəlif tərkibdə  görüşlərdə müzakirə edilən məsələlər, imzalanan çoxsaylı sənədlər, Qarabağın dirçəldilməsinə  veriləcək növbəti töhfə  və  və sair kimi biri-birindən mühüm məqamlar iki qardaş, dost Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətlə inkişafına işıq saldı. Qeyd edək ki, iki ölkə arasında bu vaxtadək  imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

Bakı ilə Daşkənd arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini təsdiqləyən xeyli sayda faktları qeyd edə bilərik. Ali Dövlətlərarası Şuranın yaradılması ilə bağlı sənədin ardınca müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması münasibətlərimizin gələcəyi barədə aydın təsəvvür yaradır. “Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisədir. Bu gün hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanması ilə əlamətdardır. Biz bununla çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik” söyləyən Özbəkistan Prezidenti onu da bildirdi ki,  bu gün  əslində nə etdiyimizi sonuna qədər təsəvvür etmirsiniz: “ Zənnimcə, bu il 33 iliyimizin tamam olduğu qısa bir müddətdə bu sənədlərin imzalanması heç bir ölkə ilə olmayıb, birincisi, Özbəkistanın çox az ölkə ilə müttəfiqlik münasibətləri var. Sizin qarşınızda bir daha demək istəyirəm, bu gün biz tarix yazdıq. Bu tarix iki yaxın xalqın - Azərbaycan və Özbəkistan xalqlarının rifahında öz əksini tapacaq… Özbəkistanın kütləvi informasiya vasitələrinin nümayəndələrinə müraciət edirəm: siz bu barədə daha çox, daha ucadan danışmalı və onu əhalimizə çatdırmalısınız. Fikrimcə, sizin azərbaycanlı həmkarlarınız da çatdıracaq, çünki xalqlar bunu gözləyirlər. Zənnimcə, bu, müttəfiqlik münasibətləri haqqında çoxdan gözlənilən ən vacib müqavilədir.”

Tərəflər münasibətlərin yeni istiqamətlər üzrə inkişafında maraqlı olduqlarını həm apardıqları müzakirələrlə, həm də imzalanan sənədlərlə təsdiqlədilər.

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Bu baxımdan əməkdaşlıq əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas hədəf kimi qarşıya qoyulanda iqtisadiyyatın ayrı-ayrı sahələri diqqət mərkəzində olur.  Tərəflər həm də investisiyaların təşviqi ilə bağlı səmərəli addımlar atmaqda maraqlıdır. Sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye sahəsində əməkdaşlıq haqqında Saziş”in  əsas mahiyyətini  təşkil edir. Səfərin gündəliyinin zənginliyi  Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi istəyinin göstəricisi oldu.

Dost, qardaş ölkələr işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması işində də ölkəmizə dəstəklərini ifadə edirlər. Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində məktəbin tikilməsi və ötən il istifadəyə verilməsi   qardaş hədiyyəsi kimi dəyərləndirilir. Cənab İlham Əliyev Özbəkistana səfəri zamanı bu mühüm hadisəyə diqqəti yönəldərək onu da əlavə etdi ki, bu gün müzakirə etdiyimiz məsələlər arasında yalnız bir layihəni ayrıca qeyd etmək istərdim. Çünki o, əlamətdardır – bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılmasıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir: “Biz həmişə - istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra da özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.”

 Bu kimi mühüm addımlar Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqidir. Qarabağdan dünyaya çatdırılan türk dünyasının birliyi hazırda yüksək səviyyədədir.