YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxəsrlik tarixə malik əməkdaşlıq

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın türk dünyasının birliyinə töhfələri davamlılığı ilə diqqətdədir. Ölkə Prezidenti İlham Əliyev avqustun 22-23 tarixlərində Özbəkistanda dövlət səfərində oldu. də dövlət başçısı İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə oldu. Səfər çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə - beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu. Artıq əldə edilən nəticələr gələcəklə bağlı düzgün yolda olduğumuzu göstərir.

Əməkdaşlığın möhkəmləndirilməsində imzalanan sənədlər möhkəm hüquqi baza rolunu oynayır. Bu baxımdan  ölkə  Prezidentinin səfəri zamanı müxtəlif istiqamətləri əhatə edən 15-ə yaxın  sənədin imzalanması ölkəmizin, eyni zamanda, Özbəkistanın həyatında mühüm hadisə oldu. Səfər çərçivəsində imzalanan sənədlərdən biri müttəfiqlik münasibətləri haqqında  Müqavilə oldu. Sözügedən sənəd  ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında iki qardaş ölkənin münasibətlərinin dünəninə nəzər salaraq qarşıdakı dövrdə görüləcək işlərdən, müəyyənləşirilən hədəflərdən bəhs etdi. Bildirdi ki, bu gün  rəsmən müttəfiq olduq. Bu,  tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir.  Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq: “Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək. Çünki biz fəal işləyirik və Şavkat Miromonoviçin dediyi kimi, ən müxtəlif – regional və beynəlxalq siyasət məsələləri müzakirə olundu. Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır.”

Müzakirələrdə əsas diqqət göstərilən məsələlərdən biri də iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığıdır. Ötən il Azərbaycanda Özbəkistanın Mədəniyyət Günləri böyük uğurla keçdi. Azərbaycan tamaşaçıları qardaş xalqın nümayəndələrinin yüksək ustalığına və istedadına bir daha əmin oldular. İki ölkənin Prezidentləri  bu cür tədbirlərin  müntəzəm keçirilməsi təşəbbüsü ilə çıxış edirlər. Çünki  qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir. Özbəkistan Prezidenti mətbuata bəyanatında bildirdi ki, mədəniyyət, gənclər, informasiya siyasəti, elm, təhsil və idman sahələrində fəal mübadiləni davam etdirəcəyik. Hər il ölkələrimizdə qarşılıqlı mədəniyyət və kino günlərinin, sərgilərin, yaradıcı kollektivlərin qastrollarının keçirilməsi xoş ənənəyə çevrilib. Belə tədbirlərin tez-tez bizim əhalinin böyük hissəsinin yaşadığı regionlarda keçirilməsi çox vacibdir: “Ümumiyyətlə demək istəyirəm ki, etimada əsaslanan danışıqların nəticəsindən çox məmnunam, çünki bu gün də, dünən də bir çox beynəlxalq, regional, ikitərəfli məsələləri çox ciddi müzakirə etdik. Demək istəyirəm ki, bizim mövqelərimiz üst-üstə düşür. Bütün məsələlər üzrə razılığa gəldik. Bizim mövqelərimiz eynilə ondan ibarətdir ki, bütün platformalarda əməkdaşlıq edəcəyik, qarşılıqlı münasibətlərimizi birlikdə inkişaf etdirəcəyik. Yekunda biz mühüm, konkret razılaşmalar əldə etdik, qarşılıqlı fəaliyyətin əsas sahələrində sanballı sazişlər paketi imzaladıq. Bizim bütün təkliflərimizi dəstəklədiyinə görə hörmətli İlham Heydər oğluna səmimi-qəlbdən təşəkkür etmək istəyirəm. Əminəm ki, Sizin tarixi səfərinizin məhsuldar nəticələri Özbəkistan-Azərbaycan əlaqələrinin gələcək inkişafına güclü təkan verəcək, dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcək.”

Bir daha sübut olundu ki, xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir. Bütün dostluq və qardaşlıq dövrü ərzində hər iki ölkə bir-birinin  yanında olub və bir-birini  dəstəkləyib.  Qeyd etdiklərimiz fonunda belə bir əminliyi də ifadə edə bilərik ki, Azərbaycan və Özbəkistan ictimaiyyəti aparılan danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki icrasında görəcəklər.