Xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana ikigünlük dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb.
Paylaşımda deyilir: “Qarabağın bərpasında kömək Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisidir. Türkmənistan xalqına ən xoş arzularla!”.
