Xəbərlər
Avropaya gedən miqrantların sayı artıb
Avropaya gedən miqrantların sayı artıb.
Xüsusilə Şimali Afrikadan dəniz yolu ilə İtaliyaya gələn miqrantların sayında kəskin artım müşahidə olunur.
Yanvar - aprel aylarında bu marşrut üzrə 42 min nəfər miqrantın keçdiyi məlum olub. Onlardan 25,6 min nəfər Liviyadan gələnlərdir.
Digər marşrutlar vasitəsilə gələn miqrantların sayı azdır – 60 min nəfərdir.
Xüsusilə "Ərəb Baharı"ndan sonra Avropaya gələn miqrantların sayında artım müşahidə edilir. Belə ki, ərəb ölkələrindəki inqilablardan sonra Avropaya 140 min nəfər qeyri-qanuni miqrantın gəldiyi məlum olub.