Xəbərlər
Elman Məmmədov: Ölkəmizə qarşı qərəzli kampaniyalar çoxdandır davam edir və bütün cəhdlər də puça çıxır
«Avropa Parlamentinin Azərbaycana qərəz nümayiş etdirməkdə əsas məqsədi ölkəmizə təzyiq göstərməkdir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, bu kimi təşkilatlar Azərbaycana qarşı təzyiq göstərməklə nəysə əldə etməyə çalışırlar. Onun sözlərinə görə, belə qərəzli kampaniyalar çoxdandır davam edir və bütün cəhdlər də puça çıxır.
«Çünki Azərbaycanın atdığı hər bir addım qanunauyğundur və ölkəmiz demokratik yoldadır. Azərbaycanda bütün insan azadlıqları, hüquqları ən yüksək səviyyədə qurulur. Bu gün Avropa Parlamenti gözlərini açıb, Avropada baş verənlərə baxsın. Bu gün dünyada insan hüquqlarının ən çox pozulduğu yer Avropadır. Avropanın özünün əməlləri, iyrənc şeytanlıqları nəticəsində bütün dünyada, xüsusilə Yaxın Şərqdə, Ərəb dünyasında, Afrika ölkələrində münaqişə və müharibə ocaqlarına gətirib çıxarıb. Onların bu əməlləri kütləvi qaçqın, miqrant axının yaranmasına səbəb olub. Bəs bunlar hara üz tuturlar? Kimlər günahkardısa onların ölkələrinə üz tuturlar. Bu müharibələri, münaqişələri, aclıqları və fəlakətləri də qərb. Avropa yaradıb»- deyə, E.Məmmədov vurğulayıb.