YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Avropa Parlamenti qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur

«Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycana qarşı qərəzli mövqenin növbəti nümunəsidir». Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa təşkilatları öz məqsədlərinə  nail ola bilməyib. Onun sözlərinə görə, Avropa parlamentariləri Azərbaycana münasibətdə yanlış bir mövqe seçiblər.

«Bunu təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı münasibətdə də görürük. Olmayan bir soyqırımı gündəmə gətirib Türkiyəyə qarşı hər hansı bir təzyiq vasitəsi kimi bundan istifadə edirlər. Avropa niyə Xocalı faciəsini gündəmə gətirmir? Bu faciəni törədənləri niyə cəzalandırmır? Bütün dünya bilir ki, Azərbaycanın 20 faiz torpağı işğal edilib, amma Ermənistanı işğalçı dövlət kimi tanımır. Bütün bunların kökündə Azərbaycanı təzyiq altında saxlamaq, Azərbaycanı müstəqil bir dövlətdən asılı bir dövlətə çevirmək cəhdi, digər tərəfdən, Azərbaycanın son illərdə əldə etdiyi kifayət qədər uğurlara qısqanclıq hissi ilə yanaşmaq durur. Avropa Parlamenti qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur»- deyə, F.İbrahimli qeyd edib.