YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirməkdədir

«Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirməkdədir». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.

Ə.Məsimli bildirib ki, neftdənkənar sahələrin sürətli inkişafının təmin edilməsi diqqət mərkəzindədir. Onun sözlərinə görə, həmin tədbirlər hesabına son vaxtlar iqtisadiyyatımızın neftdənkənar sahələrinin inkişaf tempi 8-9 faiz arasında dəyişir.

«Belə yüksək artım templəri ÜDM-nin 6 faizə qədər artımını təmin edir ki, bu da dünyanın orta artım tempindən 2 dəfəyə yaxın, MDB-nin orta artım tempindən isə 2,7 dəfə sürətlə artım deməkdir. Artım templərinin belə yüksək olmasında neftdənkənar sahalərdə yeni istehsal sahələrinin yaradılması, sərmayə qoyuluşlarının davam etdirilməsi və digər bu kimi amillər xüsusi rol oynayır. Mәdәnçıxarma bölmәsindә mәhsul istehsalı 2,0 faiz azalmasına baxmayaraq, məhz həmin yeni sahələrin hesabına sәnayenin qeyri-neft sektorunda mәhsul istehsalı 15 faizə yaxın artıb, bu isə ümumilikdə sənayemizdə 3,5 faiz artımı təmin edə bilib. Kənd təsərrüfatında da artım sürəti yüksəlib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötәn ilin yanvar-iyul ayları ilә müqayisәdә bitkiçilik mәhsulları istehsalı 15,8 faiz, heyvandarlıq mәhsulları istehsalı 2,4 faiz, kәnd tәsәrrüfatının ümumi mәhsulu 8,9 faiz artıb»- deyə, komitə üzvü qeyd edib.