Xəbərlər
Leyla Abdullayeva: Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ikili standartlar siyasətinin bariz nümunəsidir
«Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzli xarakter daşıyaraq ikili standartlar siyasətinin bariz nümunəsidir». Bu fikri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, ikili standartlar siyasətindən əziyyət çəkən ölkələrin başında müsəlman ölkələri, o cümlədən, Azərbaycan dayanır. Onun sözlərinə görə, bunu hamımız yaşamışıq və bilirik.
«İşğal olunan, təcavüzə məruz qalan ölkə Azərbaycandır. Amma Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur. Azərbaycan kimi tolerant bir ölkəyə qarşı isə təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Əminlikə demək olar ki, bunun heç bir nəticə və effekti olmayacaq. Azərbaycan bu gün stabillik və inkişaf məkanıdır. Bölgədə gedən prosesləri izləyirik. Görünür, kimlərinsə respublikamızın azad və müstəqil siyasəti xoşuna gəlmir. Bunların arxasında birmənalı olaraq erməni lobbisi, dünya erməniliyi dayanıbdır. Cənab Prezident də dəfələrlə qeyd edib ki, bizim bir nömrəli düşmənimiz məhz onlardır»- deyə, L.Abdullayeva qeyd edib.