YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq əmin-amanlığa səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamal Cəfərovun Sabirabad rayonu, Qaragüney, Dadaşbəyli, Şıxsalahlı, Osmanlı kəndlərindən olan seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın inkişafında müstəsna rol oynayıb və bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfələrini verəcək. O, qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən, ölkəmizin ictimai-siyasi həyatında rolundan bəhs edib.

Çıxış edən deputatlığa namizəd Kamal Cəfərov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan region və dünya ölkələri ilə hər zaman dostluq, tərəfdaşlıq prinsipləri əsasında əlaqələr qurmaqdadır: “Bu gün Azərbaycanın siyasi kursu dünya ölkələri üçün nümunəvi model kimi qiymətləndirilir. Çünki Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasət strategiyası sülh və qarşılıqlı tərəfdaşlıq prizmalarına əsaslanır”.

K.Cəfərov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Öz  növbəsində çıxış edən seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Kamal Cəfərov rayonun Qaratuğay, Güdəcühür, Axtaçı Muğan kəndlərindən olan seçicilərlə də görüş keçirib.

DİGƏR Xəbərlər Arxiv