Xəbərlər
Yeni reallıqlar yeni üfüqlər açır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Badamovun rayonun Avaran və Xürel kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov partiyanın daim bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını və bu dəfə də möhtəşəm qələbə qazanacağına inandığını deyib.
Çıxış edən deputatlığa namizəd Azər Badamov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu dövlət siyasətinin uğurla davam etdirilməsindən danışıb, ölkəmizin təkcə Cənubi Qafqazın lideri deyil, bütün dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Görüşdə iştirak edən seçicilər Rübabə Xasmətova, Hacı Şixkərimov partiyanın xalq üçün gördüyü işlərin yüksək qiymətə layiq olduğunu bildirib, YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.