Xəbərlər
Milli birliyimizin bariz nümunəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadənin Lənkəran rayonu, Vilvan kəndində seçicilərlə görüşü keçirilib.
Deputatlığa namizəd Cavanşir Paşazadə şəhid Nahid Fikrət oğlu Səfərovun ailəsini ziyarət edib. Şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb.
C.Paşazadə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Nahid kimi minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü və adlarını tarixə qızıl hərflərlə yazdıqlarını vurğulayıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərqərar olunub. Qeyd edib ki, bu baxımdan 1 sentyabrda keçiriləcək parlament seçkilərində YAP-ın qələbəsi labüddür.
Daha sonra C.Paşazadə Vilvan kəndində şəhid məzarlarını ziyarət edib.