YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatalada şəhid Turan Məhərrəmovun ailəsini ziyarət edib. Millət vəkili bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu bildirib.

Daha sonra Asif Əsgərov Yengiyan kəndində seçicilərlə görüş keçirib. Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Sonda seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.