Xəbərlər
Vətənə xidmətin ali nümunəsi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın Kimyaçılar qəsəbəsi ərazisində yaşayan Vətən müharibəsi şəhidi Səbuhi Əlixan oğlu Həsənquliyevin ailəsi ilə görüşü keçirilib.
Görüşdə şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı vurğulanıb: “Şəhidlərimiz canlarından keçərək torpaqlarımızı düşmən işğalından azad etdilər. Bu Vətənə xidmətin ən ali nümunəsidir”.