YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suraxanı seçicilərinin seçimi bəllidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Afət Həsənovanın Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib ki, Milli Məclisə seçkilər Azərbaycan tarixinə vacib bir səhifə kimi yazılacaq: “44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz torpaqlarını azad etdi. Bu gün həmin ərazilərdə də seçkilər keçirilir, insanlar ilk dəfə öz doğma yurdlarında parlament seçkilərində səs verir. Artıq Azərbaycanda yeni bir eranın başladığı dövrdür”.

Çıxış edən deputatlığa namizəd Afət Həsənova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Namizəd partiyanın ölkəmizin inkişafına böyük töhfələr verdiyini diqqətə çatıdırıb.

Afət Həsənova seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşdə şəhid Aydın Feyzullayevin atası Zakir Feyzullayev və digər sakinlər çıxış edərək YAP-ın dövlətçilik naminə fəaliyyətini yüksək qiymətləndirib və parlament seçkilərində partiyanın namizədinə səs verəcəklərini vurğulayıblar.