YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflər uğurla reallaşdırılır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının İmişli rayon Qızılkənd kənd seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gün YAP ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfəsini əsirgəmir. 

Çıxış edən deputatlığa namizəd Səyyad Salahlı qeyd edib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz nailiyyətlərə imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır. Yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır.

Səyyad Salahlı seçiciləri vətəndaşlıq hüququndan istifadə edərək parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini bildirib.

Tədbirdə təşviqat qrupunun üzvləri Əlimirzə Şirinov, Qalib Mirzəyev və digərləri də çıxış edərək YAP-ın yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazandığını və bu dəfə də belə olacağını əminliklə söyləyiblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Ağaməmmədli kəndində Vətən müharibəsi şəhidi Elnur Bəylərovun ailəsini ziyarət edib, seçicilərlə fərdi görüşlər keçirib.