YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP xalq dəstəyinə güvənir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 88 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəfail Tağızadənin YAP Şamaxı rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı seçkilərin əhəmiyyətindən bəhs edib, Yeni Azərbaycan Partiyasının ölkəmizə mühüm uğurlar qazandırdığını və qarşıda önəmli hədəflərin dayandığını diqqətə çatdırıb.

Çıxış edən deputatlığa namizəd Rəfail Tağızadə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasındadır. Vurğulayıb ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atıb, bu baxımdan YAP-ın seçkilərdə qələbə qazanacağı labüddür.

Tədbirdə, həmçinin görüş iştirakçılarından Neyman Bədəlov və Elvin Abdullayev çıxış ediblər. Onlar sentyabrın 1-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını dəstəkləyəcəklərini bildiriblər.