YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizdə azad, demokratik və şəffaf seçki mühiti mövcuddur

Sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 101 saylı Samux-Şəmkir seçki dairəsindən deputatlığa namizədi Mübariz Qurbanlı  Şəmkir rayonunun Talış və Qapanlı kəndlərinin seçiciləri ilə görüşüb.

Görüşləri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ölkəmizdə azad, demokratik və şəffaf seçki mühiti üçün yaradılan şərait, YAP-ın seçkilərə yüksək səviyyədə hazırlığı barədə görüş iştirakçılarına məlumat verib. O, YAP-ın bu dəfə də qələbə qazanacağına əminliyini ifadə edib.

Deputatlığa namizəd Mübariz Qurbanlı çıxış edərək, qarşıdan gələn seçkilərdə Şəmkirdən olan  seçicilərinin də yüksək fəallıq göstərəcəyinə əminliyini bildirib. O qeyd edib ki, ölkəmizin zəngin seçki təcrübəsi var, seçki praktikasının təkmilləşdirilməsi məqsədilə daim  bütün lazımi tədbirlər görülür. M.Qurbanlı  çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib. 

Görüşlərdə çıxış edən seçicilər Əli Mikayılov, Zakir Süleymanov, Mehman Mustafayev və digərləri parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.