YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mühüm addımlar

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Şahmuradovun Ağdaş rayonunun Türyançay qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov seçiciləri 1 sentyabrda seçki məntəqələrinə gedərək daha güclü Azərbaycan naminə, ölkəmizin inkişafı, firavan və xoşbəxt gələcəyi üçün Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədə səs verməyə çağırıb. O, daha sonra deputatlığa namizəd Anar Şahmuradov haqqında seçicilərə məlumat verib.  

Deputatlığa namizəd Anar Şahmuradov çıxış edərək YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin siyasi kursu əsasında güclü dövlətə çevrildiyini qeyd edib. Vurğulayıb ki, yeni dövrdə də ölkəmiz Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcək, öz tərəqqisinə nail olacaq.

Çıxış edən seçicilər bildiriblər ki, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə böyük coşqu ilə iştirak edərək YAP-ın namizədinə səs verəcəklər.