Xəbərlər
YAP növbəti dəfə qələbə qazanmaq əzmindədir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən İlham Kazım oğlu Məmmədov rayonun Yuxarı Qarxun kəndində Vətən müharibəsi şəhidi Tağıyev Əkbər Məhəmməd oğlunun ailəsini, həmçinin bir qrup kənd sakinini yaşadığı ünvanda ziyarət edib.
Görüşdə İlham Məmmədov Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə Azərbaycanın əldə etdiyi böyük uğurlardan geniş bəhs edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun Vətən müharibəsində və antiterror tədbirləri zamanı qazandığı Qələbənin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərilir.
İlham Məmmədov seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib və onları 1 sentyabr parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd YAP Yevlax rayon təşkilatının inzibati binasında da bir qrup seçici ilə görüş keçirib.