Xəbərlər
“Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı” çərçivəsində təlim keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən həyata keçirilən “Gənc Kadr - Neftçala Gənclərinin İnkişaf Proqramı” çərçivəsində “Effektiv ünsiyyət və ictimai çıxış bacarıqları” mövzusunda təlim keçirilib.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin təqdimatında baş tutan təlim zamanı iştirakçılara effektiv ünsiyyətin qurulması, auditoriya qarşısında çıxış zamanı diqqət edilməli əsas məqamlar, nitq mədəniyyəti və özünüifadə bacarıqlarının inkişafı ilə bağlı ətraflı məlumat verilib.
Eyni zamanda, təlim çərçivəsində gənclərlə interaktiv müzakirələr aparılıb, praktiki nümunələr əsasında fikir mübadiləsi həyata keçirilib. İştirakçıların çıxış bacarıqlarının təkmilləşdirilməsi istiqamətində faydalı tövsiyələr səsləndirilib.
Qeyd edilib ki, proqram çərçivəsində gənclərin şəxsi inkişafının dəstəklənməsi, ictimai fəallığının artırılması və müasir bacarıqlarının formalaşdırılması məqsədilə silsilə təlimlərin keçirilməsi davam etdirilir.
