YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar yaranıb

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycan artıq dünyada böyük nüfuza sahib olub, hörmətlə yanaşılan ölkəyə çevrilib. Bunun kökündə Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, xoşbəxt gələcəyə hədəflənmiş siyasəti dayanır. Məhz bu siyasətin, əldə edilən uğurların fonunda Cənubi Qafqazda yeni reallıqlar yarandı.

Ölkə Prezidentimizin beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışları, səsləndirdiyi fikirlər Azərbaycanın nüfuzunu təsdiq edir. Artıq dünya dövlətləri Azərbaycanın dünyada baş verən iqtisadi proseslərin mərkəzində yer alması, qlobal məkanda strateji əhəmiyyətli dövlət kimi tanınması ilə razılaşırlar.

İngiltərənin Oksford şəhərində iyul ayının 18-də keçirilmiş “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerdən dəvət alması da Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi qiymətin təzahürüdür.

Müstəqil ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, milli maraqlara əsaslanan uğurlu diplomatiya sayəsində Avropa İttifaqı dövlətləri ilə əməkdaşlıqda yeni mərhələyə qədəm qoyub. Qarşılıqlı maraqlar əsasında inkişaf edən Azərbaycan-Avropa İttifaqı münasibətləri enerji sahəsində də uğurla davam edir. Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsində əvəzsiz rola malik oldu.

45 dövlət və hökumət başçısının iştirak etdiyi “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında Prezident İlham Əliyev bildirib ki, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

Dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı zirvə toplantısında Cənubi Qafqazın lider dövləti Azərbaycanın Prezidenti İlham Əliyevin müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirləri deməyə əsas verir ki, ölkəmiz qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində olduqca vacib əhəmiyyətə malikdir.

“Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik. Bizim qaz kəmərimiz – Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi – Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq.” Ölkə Prezidentimizin qeyd etdiyi kimi Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu dövlətlərarası münasibətlərin daha da inkişaf etməsində mühüm rol oynadı.

Bütün bunlar bir daha təsdiq edir ki, Avropa İttifaqı dövlətləri Azərbaycanın irəli sürdüyü qlobal miqyaslı təşəbbüsləri dəstəkləyir və ölkəmizi regional güc kimi qəbul edir.