Xəbərlər
Prezident İlham Əliyev Cavid Əbdul-Qədirovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cavid Teyrun oğlu Əbdul-Qədirovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.