Xəbərlər
“Zirvəyə gedən yolun başlanğıc tarixi”
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının və Biləsuvar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zirvəyə gedən yolun başlanğıc tarixi” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Azər Cəfərli, Rayon Ağsaqqallar şurasının sədri Akif Kazımov və digərləri bildiriblər ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş aqrar-sənaye respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub.
Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.