Xəbərlər
Ana dili milli kimliyimizin qarantıdır
Fevralın 20-də Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Azərbaycan dilinin keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini Baba Məhərrəmli və digərləri çıxış edərək Ulu Öndər Heydər Əliyevin dilimizin qorunması və inkişafındakı misilsiz xidmətlərindən bəhs ediblər.
Ümummilli Liderin dilimizin dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində atdığı addımlardan ətraflı danışılıb, bu siyasi kursun bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Tədbir interaktiv formada davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
