Xəbərlər
Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçib
YAP Sumqayıt şəhər təşkilatının təsis olunmasının 33 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının təsis olunmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdən öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, partiya veteranı Nazilə Cəlilova və Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov çıxış ediblər.
Çıxışlarda Yeni Azərbaycan Partiyasının təsis olunmasının ölkəmizin siyasi tarixində mühüm mərhələ olduğu vurğulanıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası dövlətçilik ideyalarının möhkəmlənməsində və sabitliyin təmin olunmasında həlledici rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir və tarixi Zəfər həmin strategiyanın ən parlaq nəticəsidir.
Natiqlər, həmçinin YAP Sumqayıt şəhər təşkilatının ötən müddət ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolundan da bəhs ediblər.
Sonra partiyanın və şəhərin ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
