Xəbərlər
YAP Xəzər rayon təşkilatında partiyanın veteran üzvü Rövşən Salahovun 75 illiyi münasibətilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında rayon Ağsaqqallar Şurasının sədri, partiyanın veteran üzvü Rövşən Salahovun 75 illiyi münasibətilə görüş keçirilib.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov yubilyarı doğum günü münasibətilə təbrik edib.
Namiq Əhmədov bildirib ki, Xəzər rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov rayonun, eyni zamanda ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. O, 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Rövşən Salahov rayon təşkilatının veteran üzvü kimi təşkilat tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir. Onun ictimai-siyasi fəaliyyəti gənclərimiz üçün örnəkdir.
Görüşdə iştirak edən Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Xəzər rayon Ağsaqqallar Şurasının sədr müavini Altay Mansurov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Əhmədova çıxış edərək Rövşən Salahova möhkəm cansağlığı və işlərində uğurlar arzu ediblər.
Göstərilən diqqətə görə təşəkkürünü bildirən Rövşən Salahov Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan və uzun illər partiya sıralarında təmsil olunmaqdan iftixar hissi keçirdiyini bildirib.
Görüşün sonunda Rövşən Salahova YAP Xəzər rayon təşkilatı tərəfindən fəxri fərman, hədiyyə təqdim edilib.