Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Prezidenti Almazbek Atambayevə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə bu ölkənin Milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Əminəm ki, bizim birgə səylərimiz bundan sonra da Azərbaycan ilə Qırğızıstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.
Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram.”