Xəbərlər
Laçın şəhərində 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı Laçın şəhərində 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirib.
Əvvəlcə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “Qurtuluşdan zəfərə doğru” filmi nümayiş olunub.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.
İ.İlyasov qeyd edib ki, Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edərək suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Milli Prioritetinin icrasının təmin olunması məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı" qəbul edilmiş və hazırda uğurla icra olunmaqdadır. Laçın şəhər sakinlər xoşbəxdilər ki, artıq öz doğma evlərində firavan yaşayırlar.
Laçın şəhər sakini, YAP veteranı Qəzənfər Hüseyn, Laçın Rayon Mərkəzi Xəstəxanası PHŞ - in direktoru Orxan Cəbrayılov və Azərbaycanın Milli Qəhrəmanı Şəhid Oqtay Güləliyen qardaşı qızı, gənc fəal Səlimə Güləlizadə çıxış edərək vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.
Tədbirdə bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.
Sonra Laçın şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.