YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaz təchizatımızın coğrafiyası artacaq

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

İyunun 4-də Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxış edərək ölkəmizdə  son 30 ildə görülən nəhəng işləri, dövlətimizin dünyanın enerji xəritəsinin formalaşmasında oynadığı əhəmiyyətli rolu  və   Azərbaycanın etibarlı tərəfdaş olmasını tədbir iştirakçılarının diqqətinə çatdıraraq, Azərbaycanın neft, qaz və enerji sektorunda mühüm əməkdaşlıq platformasına çevrildiyini vurğulayıb.

Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Bakı Enerji Həftəsi təkcə enerji təhlükəsizliyi sahəsində deyil, eyni zamanda, siyasi cəhətdən də Azərbaycan üçün önəmli bir platformadır. Tədbirin bir çox dünya ölkələrindən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi və mühüm qərarların və əməkdaşlıqların müzakirə edildiyi məkana çevrilib.

Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkəmiz təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici rol oynayır, transmilli enerji bazarlarında özünəməxsus yer tutur. Avropanın enerji təhlükəsizliyində fəal iştirak edir ki, bu da Azərbaycanın planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın enerji sahəsində həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz artıq enerji sektorunda öz sözünü demişdir. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək. Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib.

Bu gün Azərbaycan Avropanıın enerji təhlükəsizliyində çox önəmli bir tərafdaşdır. Azərbaycanın Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatları var. Bütün bunlar bir daha Azərbaycanın qlobal rolundan və müəyyən etdiyi gündəliyin geniş əhatə dairəsindən xəbər verir.