YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinin dönüş nöqtəsi

Ağstafada 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə silsisilə tədbirlər davam etdirilir

İyunun 5-də Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatında 15 iyun – Milli Qrutuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Xəstəxananın direktoru Səyyad Yusifov bildirib ki, Milli Qurtuluş günü Azərbaycan tarixinin dönüş nöqtəsidir. Xalqımızın, Azərbaycan dövlətçiliyinin xilas tarixidir. Və bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevdir. Qədirbilən xalqımız öz böyük xilaskar oğlunun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü, 15 iyun tarixini Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Daha sonra çıxış edən natiqlər – YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatının üzvləri Fidan Tağıyeva, Ləman Abdullayeva Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumasından bəhs ediblər. Qeyd olunub ki, illər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq. Çünki Dahi Öndər Heydər Əliyevin adı və əməlləri Azərbaycanın özü qədər əbədidir. Dövlətçiliyimizin bərqərar edilməsində və nailiyyətlərimizdə müstəsna xidmətlərin ilkin səhifəsi olan 15 iyun - Milli Qurtuluş Günü də Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib və şərəfli gün kimi xalqımız tərəfindən daim ən yüksək səviyyədə qeyd olunacaq.

Sonra Yeni TV-nin hazırladığı “Qurtuluşdan Zəfərə” adlı film nümayiş etdirilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv