YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir”

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və  Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılıb.

Şəhər Heydər Əliyev Mərkəzində Müstəqillik Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir” mövzusunda film nümayiş olunub.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin baş müəllimi Aygün Qədirova, Mingəçevir Turizm Kollecinin tarix müəllimi Nuridə Zülfüqarova, Mingəçevir Tibb Kollecinin müəllimi Kəmalə Hüseynova çıxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlardan ətraflı danışıblar. Şərqdə ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı olduğu bildirilib.

Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın yeni inkişaf dövrü yaşadığı, dünya dövlətləri sırasında öz layiqli yerini tutduğu xüsusi qeyd olunub.