YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın yaşıl enerji siyasəti: inkişaf modeli

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Cari ilin 26 aprel tarixində Prezident İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə Azərbaycanın COP29-a ev sahibliyi etməsi haqqında beynəlxalq ictimaiyyəti məlumatlandıraraq, ölkənin yaşıl enerji sahəsində atdığı addımların həcmini geniş şəkildə ifadə etdi.

Bu tədbir dünya ictimaiyyətinə Azərbaycanın bu sahədəki artan rolunu və potensialını təqdim etmək imkanı verəcək. COP29 keçirilən zaman Azərbaycana gələn qonaqların rahatlığı ən yüksək səviyyədə təmin olunacaq. Ölkəmizin Qoşulmama Hərəkatında fəal və təşəbbüskar rolunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın Hərəkata dörd il sədrlik edərək 120 üzv ölkə ilə birlikdə böyük yüksəlişə nail olunduğunu diqqətə çatdırdı.

Yaşıl enerji sahəsində inkişaf bütün dünyada böyük əhəmiyyət kəsb edir. Ölkələr səmərəli və müstəqil enerji istehsalı yollarını axtarmaq üçün yaşıl enerjiyə tələbatını artırır. Bu kontekstdə Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi siyasət öz nümunəvi cəhətləri ilə diqqət çəkir. Prezident İlham Əliyevin yaşıl enerji ilə bağlı çıxışlarına nəzər saldıqda görürük ki, Azərbaycanın yaşıl enerji siyasəti inkişaf modelidir.

Azərbaycan son illərdə yaşıl enerji sahəsində ciddi addımlar atmış və irəliləyən bir inkişaf modeli qurmuşdur. Ölkə, enerji sənayesində güclü bir neft və qaz sənayesinin yanında, yaşıl enerji sahəsində də diqqət çəkən yatırımlar həyata keçirir. Bu, sürətli bir dəyişiklik və əsaslı bir diversifikasiya işarəsidir.

Azərbaycanın Avropa ölkələri ilə strateji tərəfdaşlığı, razılaşmaları və bəyannamələri ölkənin yaşıl enerji sahəsindəki nailiyyətlərinin dünya miqyasında tanınmasına və dəstəklənməsinə töhfə verir.

Prezident Əliyevin vurğuladığı kimi, neft və qaz Azərbaycan üçün dəyərli sərvətlərdir, lakin bu resurslar yalnız enerji istehsalı üçün deyil, həm də yaşıl enerji sahəsinin inkişafı və ölkənin sosial-iqtisadi məqsədlərinə nail olmaq üçün istifadə olunmalıdır.

Azərbaycanın coğrafi şəraiti yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün buranı ideal məkan edir. Güclü külək və günəş enerjisi layihələri, Azərbaycanın yaşıl enerji istehsalında əsas rol oynayır. Yaşıl enerji siyasəti, ölkənin sürətli inkişafının, bölgədə lider rolunun və dünya miqyasında nüfuzunun daha artmasına təkan verən amillərdən biridir. Bu, ölkənin enerji sənayesində diversifikasiya və çeviklik, habelə regional sabitlik və ətraf mühitə qarşı məsuliyyət anlayışının bir ifadəsidir.