YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağcabədi rayon təşkilatı Müstəqillik Günü münasibətilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Tədbir iştirakçıları YAP Ağcabədi rayon təşkilatının inzibati binasının foyesində kitab sərgisi ilə tanış olublar.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın  müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova , “Ağcabədi Regional Mədəniyyət İdarəsi” ərazi partiya təşkilatının sədri Məhəbbət Əliyeva, Ağcabədi Pedaqoji Kollecin psixoloqu Sevinc Hüseynova çıxış edərək bildiriblər ki, 1918-ci il mayın 28-də mürəkkəb siyasi-hərbi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli Respublikası yaradıb. Vurğulanıb ki, cəmi 23 ay fəaliyyət göstərən AXC xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsi olduğu deyilib.

Sonra rayonun ictimai-siyasi həyatında fəaliyyət göstərən bir qrup partiya fəalına fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Daha sonra  Ağcabədi şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında şeirlər səsləndirilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.