YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"AXC Şərqdə demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib"

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı 28 May- Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması istiqamətində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, partiya veteranları İsgəndər Qurbanov, Polad Ağakişiyev, partiya fəalları Leyla Məmmədova, Şəhla Şəmilova, Qılınc Cəfərov, Murad Nəsibov, Elgün Manafov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının müstəqillik tariximizin ən mühüm hadisələrindən olduğunu deyib, cəmi 23 ay mövcud olmuş Cümhuriyyətin Şərqdə demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyi vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaradıb.

Çıxışlarda Ümummilli Liderin Azərbaycanın müstəqilliyi və davamlı inkişafı üçün gördüyü işlərdən danışılıb.