YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır”

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı və Tovuz Dövlət Sosial İqitsad Kollecinin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr edilmiş “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tovuz Dövlət Sosial İqitsad Kollecinin direktoru Hicran Əyyubova, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və digərlərinin çıxışlarında bildirilib ki, 28 May Müstəqillik Günü hər bir azərbaycanlının milli qürur hissi duyduğu gündür. Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu 1918-ci il mayın 28-i xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan xalqımız ötən əsrin əvvəllərində, bu işıqlı may günündə öz arzusuna qovuşub. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə idi.

Vurğulanıb ki, Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir, inkişaf etdirir. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan yeni inkişaf dövrünü yaşayır, dünya dövlətləri içərisində öz layiqli yerini tutur.

Sonda 28 May Müstəqillik gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.