YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqilliyimiz əbədidir”

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı  və 41 saylı  ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda  tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, Cümhuriyyət qurucularının və Azərbaycan Respublikasının suverenliyi və ərazi bötüvlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın rayon Müseyib Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru və 41 saylı ərazi partiya təşkilatının sədri Nuridə Əhmədova bildiriblər ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.

Qeyd olunub ki, Azərbaycan Demokratik Respublikasınin varisi kimi Azərbaycan, 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdi və Azərbaycan yenidən vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ölkənin çətin dönəmində xalqın gücünə arxalanaraq məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından çıxardı və stabilliyi təmin etməklə, Azərbaycan inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladı.

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimizin qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin güclənməsinin göstəricisidir.

Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən partiya veteranları və fəallarına fəxri fərman, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir məktəblilərin təqdimatında ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.