YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda 28 May Müstəqillik Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Universitetinin müəllim və tələbə heyəti, fəal gənclər iştirak edib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, 28 May Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz altı il bundan əvvəl -1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil olub.

S.Vəliyev Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan geniş bəhs edib, həmçinin, keçdiyimiz tarixin, müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu, 1991-ci ildə yenidən öz suverenliyini bərpa etmiş müasir Azərbaycanın, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və xidmətləri sayəsində bir dövlət kimi tarixin çətin və sərt sınaqlarından uğurla keçdiyini və inkişaf yoluna qədəm qoyaraq inamla irəliləməyə başladığını vurğulayıb. Müasir Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən birinə çevrilməsi, ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik bir ölkə olaraq, qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığı diqqətə çatdırıb.

Tədbirdə Odlar Yurdu Universitetinin tələbələrinin ifasında 28 May Müstəqillik Gününə həsr olunmuş bədii kompozsiya təqdim olunub.

Sonda bir qrup şəxs YAP Nərimanov rayon təşkilatı tərəfindən təltif olunub.