YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ermənistan Qərbin yalan vədlərinə inanmamalıdır”

“Kənar müdaxilələr olmasa Azərbaycanla Ermənistan arasındakı sülh prosesi daha sürətlə irəliləyər”. Bu fikri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

Asif Əsgərli deyib ki, öncəliklə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qeyd-şərtsiz tanıyır: “Bu yanaşma bütün təmaslar zamanı iştirakçılar  tərəfindən təsdiqlənib. Sülh prosesi və müqaviləsi Azərbaycanla Ermənistan arasında olan ikitərəfli prosesdir. Burada hansısa dövlət neytral mövqe sərgiləyərək müsbət töhfəsini vermək istəyirsə, Azərbaycan onu qəbul edir. Son illərdə belə təşəbbüslər Rusiya, Avropa İttifaqı və ABŞ tərəfindən də olub. Amma təəssüf ki, bir sıra Qərb dövlətləri bu məsələdə neytrallıq göstərmir”.

Asif Əsgərli deyib ki, Ermənistan sülh danşıqlarının normallaşması prosesinə kənar qüvvələrə fikir vermədən cəhd etməlidir: “Mayın 19-da Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimindəki çıxışında bununla bağlı Ermənistana bir daha öz mesajlarını verdi: “Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. Əgər bölgəmizdən minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, regionda yerləşən ölkələrin maraqlarını nəzərə almalıdırlar. Ermənistan səhv addım atmamalıdır. Regional məsələlər region ölkələrinin bilavasitə iştirakı və iradəsi ilə həll olunmalıdır”. Azərbaycan öz suveren hüquqlarını, ərazi bütövlüyünü qoruyur. Azərbaycan nə qədər Ermənistanı sülhə çəkməyə çalışsa da, bu ölkə istənilən fəalıq göstərmir. Regionda dayanıqlı sülh şəraitinin yaranması üçün hər hansı müdaxilənin qarşısı alınmalıdır. Ermənistan da Qərbin yalan vədlərinə inanmamalıdır”.

DİGƏR Xəbərlər Arxiv