Xəbərlər
“Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu”

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının, Qusar Rayon İcra Hakimiyyətinin, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova, RİH başçısının müavini Elman Mustafayev Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində Azərbaycanın müstəqilliyi möhkəmləndirildi, ölkəmiz dinamik iqtisadi inkişaf yolu ilə inamla irəlilədi, beynəlxalq nüfuzu sürətlə artdı. Vurğulanıb ki, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycanın kənd təsərrüfatının inkişafı ilə bağlı görülmüş genişmiqyaslı işlər aqrar sahənin inkişafına uzunmüddətli müsbət təsir edib.
Fermer Jalə Əmirbəyova, “Galagro” MMC-nin direktoru Eynulla Musayev və təsərrüfatçı Zahiddin Ağabəyov çıxış edərək Heydər Əliyevin aqrar sahədə gördüyü işlərin kənd təsərrüfatında intensiv inkişafa səbəb olduğunu deyiblər.
Sonda Heydər Əliyevin kənd təsərrüfatının inkişafında göstərdiyi xidmətlərdən bəhs edən videoçarx nümayiş olunub.