YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azərbaycanın qazandığı uğurlar Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir"

Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatı və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Liderin Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsindəki abidəsi ziyarət edilib, abidənin önünə  gül dəstələri qoyulub.

Xocalı rayon Mədəniyyət Evində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə  həsr edilən film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon Gənclər və İdman İdarəsinin  əməkdaşı Elşən Nəsibov, Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənov Ulu Öndər Heydər Əliyevin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində Azərbaycanın dünya məkanında öz layiqli yerini tutmasından, ölkəmizin bütün sahələrində baş vermiş müsbət dəyişikliklərdən danışıblar. Qeyd olunub ki, müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir.