YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrimiz xüsusi əhəmiyyət daşıyır

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana səfəri göstərdi ki, bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Səfərin yekunu ilə bağlı keçirilən birgə mətbuat konfransında Prezident İlham Əliyev qeyd  etdi ki, Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdır. Çıxışı zamanı dövlət  başçısı ölkələrimiz arasındakı dostluq, tərəfdaşlıq münasibətlərindən, enerji təhlükəsizliyi məsələlərindən, eyni zamanda yeni geosiyasi vəziyyətdə nəqliyyat təhlükəsizliyi məsələlərindən və yeni əməkdaşlıq imkanlarından danışmışdır. Prezident İlham Əliyev bildirmişdir ki, bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Görüşdə iki ölkə arasında enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb. Azərbaycanın enerji sahəsində Bolqarıstanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu vurğulanıb.

Azərbaycan-Bolqarıstan əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Bolqarıstan ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır.  Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin dərinləşməsində əhəmiyyətli rol oynayır. Səfərlər çərçivəsində Azərbaycan və Bolqarıstan arasında birgə Bəyannamə imzalanmışdır. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə ölkələrarası əlaqələrin daha yüksək mərhələyə yüksəlməsinə səbəb olmuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Memoranduma əsasən, Azərbaycan Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracaqdır. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bir çox ölkələri təbii qazla təmin edilməsinə imkan yaratmış olur. Prezident İlham Əliyev mətbuata bəyanatında qeyd etdiyi kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək.